Çeçenistandan olan 3 nəfər Belçikada terror aktı hazırlamaqda şübhəli bilinən islamçı birliyin fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Federal Prokurorluğu təsdiqləyib.

“Antiterror istintaqı çərçivəsində çeçen əsilli üç nəfər həbs edilib”, - məlumatda bildirilib.