Türkiyənin Bingöl vilayətində 4,2 bal maqnitudada zəlzələ qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Təbii Fəlakətlərin İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Bingölün Karlıova rayonunda, 12 kilometr dərinlikdə qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.