Litvanın öz əsgərləri üçün almağı planlaşdırdığı geyim forması təxminən 35 milyon avroya başa gələcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.

O qeyd edib ki, ordu üçün geyimi Litva və Almaniya şirkətləri hazırlayacaq.

Bildirilib ki, əsgərlər üçün 12 milyon avroya çəkmələr alınacaq. Çəkmələr bu ilin dekabrında Litvaya göndəriləcək. Eyni ayaqqabılardan Almaniya, İsveçrə və Fransa orduları da istifadə edir.

 

Gözəl Həşimova