Cənubi Afrika, Avstraliya, Meksika və Yeni Zelandiyadan olan yanğınsöndürmə qrupları Kanadanın Alberta və Britaniya Kolumbiyası əyalətlərində yanğınların söndürülməsinə kömək etməyə cəlb olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo “X”dakı hesabında bildirib.

O, qeyd olunan ölkələrdən 400-dən çox yanğınsöndürənin Alberta və Britaniya Kolumbiyası əyalətlərində yanğınlarla mübarizəyə dəstək olmaq üçün bölgəyə gələcəklərini bildirib və yanğınla mübarizə aparan qruplara təşəkkür edib.