Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO, Aİ və ABŞ-ın Ukrayna və Donbassdakı xüsusi hərbi əməliyyatlarla bağlı tənqidlərinə cavab olaraq, NATO-nun sözçüsü Ceymi Şinin görüş zamanı verdiyi açıqlamanı müvafiq tərəflərə xatırladıb.


İqtisadiyyat.az xəbər verir ki, açıqlamasına “(NATO-nun baş katibi Yens) Stoltenberqi (Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef) Borreli və Ağ Evi xatırlatmaq üçün” ifadəsi ilə başlayan Zaxarova bildirib ki, 1999-cu ilin mayında "Yuqoslaviya ordusunun "çoxlu sayda generatorları olduğunu deyirsənsə, niyə ölkənin 70 faizini işıqsız, həm də susuz qoyursan? Çünki sənin sözlərinə görə, NATO yalnız hərbi qüvvələri bombalayır".


Zaxarova Şinin cavabını belə sitat gətirib:
"Təəssüf ki, komanda və idarəetmə sistemləri də elektrik enerjisindən asılıdır. Əgər Miloşeviç həqiqətən öz vətəndaşlarının su və elektrik enerjisinə sahib olmasını istəyirsə, onun etməli olduğu yeganə şey NATO şərtlərini qəbul etməkdir və biz bu əməliyyatı dayandıracağıq. O bunu edənə qədər biz davam edəcəyik. Su və elektrik Serbiya xalqına qarşı istifadə edilir, biz evlərindən qovulan 1,6 milyon kosovalının həyatı üçün onları (su və elektrik enerjisini) əbədi və ya uzun müddət kəsdik. Onların həyatı ciddi şəkildə zədələnmişdir. Fərqi hər kəs bəyənməyəcək, amma mənim üçün bu, fundamental fərqdir”.