Birinci Liqa təmsilçisi "Zaqatala" 2023/2024 "futbol ili" üçün mövsümlük biletləri təqdim edib.

İqtisadiyyat.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşlər birdəfəlik 20 manat ödəyərək komandanın bütün ev oyunlarını izləyə bilərlər.

Bölgə klubu şəhid ailələrinin üzvləri və qazilərə jest edib. Belə ki, həssas təbəqənin üzvləri stadiona pulsuz buraxılacaqlar.

Qeyd edək ki, "Zaqatala" ilk ev oyununu bu gün saat 16:30-da "İrəvan"a qarşı keçirəcək.