Adı bir sıra Avropa nəhəngləri ilə yanaşı hallanmasına baxmayaraq, "Yuventus"un hücumçusu Duşan Vlahoviçin Turində qalacağı gözlənilir.

İqtisadiyyat.az xəbər verir ki, Turin klubunun texniki direktoru Kriştiano Jintoli bildirib ki, serbiyalı futbolçuya inamları var. Futbolçunun İtaliyada qalmasının bir səbəbi də sevgilisi Karolina Stramare hesab edilir. Münasibətlərini mediadan gizlədən cütlük medianın diqqətindən də yayınmır. İtaliya mediasının məlumatına görə, forvard 24 yaşlı modellə 2021-ci ildən görüşür. Karolina "Yuventus" azarkeşidir. İddia olunur ki, Vlahoviçin "Fiorentina"dan "qoca sinyora"ya keçməsinin səbəblərindən biri budur.