"Yuventus" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

İqtisadiyyat.az xəbər verir ki, Turin təmsilçisi "Lill"dən Tiaqo Djalonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliya klubu 23 yaşlı mərkəz müdafiəçisi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. "Yuventus" portuqaliyalı futbolçu üçün Fransa klubuna 3,5 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Tiaqo Djalo bu mövsüm zədə səbəbindən "Lill"də heç bir matçda iştirak etməyib