Dopinq iddialarının mərkəzində olan fransız ulduz Pol Poqba vəziyyəti aydınlaşana qədər minimum maaş alacaq.

İqtisadiyyat.az xəbər verir ki, avqustun 20-də keçirilən Udineze oyunundan sonra dopinq nümunəsi müsbət çıxan Pol Poqbanın alacağı cəza ilə bağlı araşdırmalar davam edir. Məhkəmə nəticəsində günahkar olduğu sübuta yetirilərsə, "Yuventus"la müqaviləsinə xitam veriləcəyinə əmin olan Poqba, ən azından indiyədək belə bir sanksiya ilə üzləşməyib.

Müqaviləyə xitam verilməsə də, futbolçuya maaşının kəsiləcəyi ilə bağlı məktub göndərən "Yuventus" böyük ehtimalla Poqbaya İtaliya Futbolçular Birliyi ilə kollektiv müqavilədə göstərilən minimum əmək haqqını ödəyəcək.

Bu o deməkdir ki, 30 yaşlı yarımmüdafiəçinin aylıq gəliri təxminən 2 min avro olacaq.

İki tərəf arasında müqaviləyə xitam verilməsi ehtimalı hələ də olsa da, “Yuventus” rəhbərliyi bu istiqamətdə qərar verməzdən əvvəl futbolçu və menecerindən xəbər gözləyir.