İtaliya nəhəngi "Yuventus" Avropa Superliqasını tərk etdiyini açıqlayıb. "Real Madrid" və "Barselona"nın başlatdığı layihədə cəmi iki ispan komandası qalıb.

 İqtisadiyyat.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. "Yuventus" bu gün verdiyi açıqlama ilə Avropa Super Liqası layihəsindən ayrılıb.

"Yuventus ikinci açıqlamaya qədər Avropa Super Liqasından çıxdığını elan edir. "Yuventus" layihəni tərk etməsini qurucu klublar "Barselona" və "Real Madrid"in təsdiqinə təqdim etdi.