UEFA "Yuventus"u avrokuboklardan kənarlaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "La Stampa" nəşri məlumat yayıb. Xəbərdə maliyyə qaydalarını pozan "qoca sinyora"nın avrokuboklardan xaric edildiyi bildirilib.

"Yuventus" Konfrans Liqasının qrup mərhələsində iştirak etməli idi. Qərardan sonra Turin təmsilçisini ötən mövsüm A Seriyasında 8-ci olan "Fiorentina" əvəz edəcək.