UEFA “Yuventus”la bağlı şok qərar çıxarıb. “Qafqazinfo” xəbər verir ki, qitə futbol qurumu İtaliya klubunu avrokuboklardan kənarlaşdırıb.

İqtisadiyyat.az-ın məlumata görə, UEFA “qoca sinyora”nın maliyyə pozuntusuna yol verdiyini təsdiqləyib. Buna görə də, komanda bu mövsüm Konfrans Liqasında çıxış edə bilməyəcək. Onu bu turnirdə ötən mövsüm A seriyasında 8-ci yeri tutan “Fiorentina” əvəzləyəcək.

Qeyd edək ki, “Yuventus” ötən mövsüm ölkə çempionatında 7-ci olub.