Dünən İngiltərə Premyer Liqası çərçivəsində "Liverpul" - "Mançester Yunayted" qarşılaşmasından sonra Yurgen Klopp jurnalistlərə müsahibə verib.

İqtisadiyyat.az xəbər verir ki, baş məşqçi 7-0 hesablı qələbədən sonra mətbuat konfransında Firminhonun "Liverpulu" azad agent kimi tərk edəcəyi ilə bağlı danışıb:

"Firninho üçün asan qərar deyildi. O bir nömrəli adamdır. Azarkeşlərin onu qarşılaması möhtəşəm idi. Bəlkə də azarkeşlərin gozlədiyi qol onun vurduğu qol idi".

Qeyd edək ki, "Liverpul"un "Mançester Yunayted"i 7-0 hesabı ilə məğlub etdiyi matçda Firminho 1 qol və 1 assistlə yadda qaldı.