Yunanıstanın türk SİHA-larından kopyalanan və mətbuatda "Türkləri titrədəcək İHA" kimi təqdim edilən Talos sınaq uçuşu həyata keçirib.

İqtisadiyyat.az xəbər verir ki, Yunan mətbuatında təyyarələr üçün proqramların sürətlə inkişaf etdiyi vurğulanıb və Egeydə tarazlığı bərpa edəcəyi iddia edilib.

Talosun uçuşunun qısa olduğu, lakin bütün mərhələlərin tamamilə rahat keçdiyi bildirilib. 

Talos PUA-nın texniki göstəriciləri 200 kq çəki, 4,4 metr uzunluq, 500 km əməliyyat radiusu və 180 km sürət kimi açıqlanıb.