Yunanıstanın Əmək Nazirliyi bu gündən bazar gününə kimi istiliyin yüksək olduğu 12:00-17:00 saatlarında xüsusilə ağır iş şəraitində çalışanlar üçün iş yükünün azaldılması və ya işçilərin işə fasilə verməsini istəyib. 

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, ölkənin Kənd Təsərrüfatı İnkişaf və Qida Nazirliyinin Heyvanların Mühafizəsi Departamenti də xüsusilə yay tətili günlərində ağır şəraitdə işlədilən heyvanların mühafizəsi ilə bağlı müraciət yayıb.

Müraciətdə eşşək, qatır və at kimi yük heyvanlarının yüksək hava temperaturunda ağır iş şəraitinə məruz qoyulmamasını tövsiyə edib.