Misirin Əl Kantara şəhəri yaxınlığındakı Süveyş kanalında yük gəmisi quruya çırpılıb. 

Süveyş Kanalı Administrasiyasının sədri Osame Rabie mövzu ilə bağlı verdiyi açıqlamada sahilə çıxan və Ukraynadan Çinə 65 min tondan çox qarğıdalı daşıyan MV Glory gəmisinin kanal hərəkətinə təsir etmədiyini bildirib. 

Rabie, gəminin hərəkəti üçün işlərin davam etdiyini açıqlayıb.