İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, İsrail HƏMAS-ı məğlub edənə qədər dayanmayacaq.

İqtisadiyyat.az "TASS"a istinadən xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Yoav Qalant çıxışı zamanı deyib.

"Biz HƏMAS məğlub olana qədər dayanmayacağıq. HƏMAS-ın İsrailə qarşı vəhşicəsinə hücumu, uşaqları, qadınları və kişiləri öldürməsi, zorlaması və işgəncə verməsindən yüz gün keçdi. Biz qalib gələnə qədər dayanmayacağıq” ,- deyə o bildirib.

Nazirin sözlərinə görə, İsrail Müdafiə Qüvvələri İsrail tarixində "ən ədalətli müharibə" aparır. “Biz qəddar düşmənlə üz-üzə qalsaq da, əxlaqi və peşəkar standartları qoruyub saxlamaqda davam edirik, dinc sakinləri terrorçulardan ayırmaq üçün tədbirlər görürük”,- deyə o əlavə edib.

 

Əli Ağayev