Yevlaxda avtomobil iki qadını vurub.

İqtisadiyyat.az xəbər verir ki, hadisə rayonun Nizami prospektində qeydə alınıb.

1991-ci il təvəllüdlü Ruslan Abdullayev idarə etdiyi "Qaz-322132" markalı mikroavtobusla 1975-ci il təvəllüdlü Səbinə Ələsgərova və 1962-ci il təvəllüdlü Bəsdi Mirzəyevanı vurub.

Piyadalardan Səbinə Ələsgərova hadisə yerində ölüb, xəsarət alan Bəsdi Mirzəyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.