5 iyul 2023-cü il tarixində Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​və Yunanıstanın müdafiə naziri Nikos Dendias arasında telefon danışığı olub.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə Milli Müdafiə naziri Yaşar Gülər ​​və Yunanıstanın müdafiə naziri Nikos Dendias bir-birlərini yeni vəzifəyə təyin edildiklərinə görə təbrik edib, uğurlar arzulayıblar.

Bundan əlavə, iki nazir "Etimad Tədbirləri Görüşləri"nin bərpası və NATO-nun Vilnüs Sammiti zamanı müvafiq detalların müzakirəsi barədə razılığa gəliblər.