Dünyada 2030-cu ilə qədər 575 milyon insan həddindən artıq yoxsulluqla mübarizə aparacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatında deyilir.

"Dünya üzrə 84 milyon uşağın məktəbə gedə bilməyəcəyi proqnozlaşdırılır. Qarşıya qoyulan 140 hədəfin isə yalnız 15%-i reallaşıb. Əgər indi hərəkətə keçməsək, hər şey daha pis olacaq. Bu prosesdə irəliləyiş əldə edilməməsi bərabərsizliklərin dərinləşməsi və riskin artması anlamına gələ bilər" , - məlumatda deyilir.