Yaponiyada baş verən zəlzələ nəticəsində 92 nəfər ölüb, 464 nəfər yaralanıb, 16 nəfər isə itkin düşüb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə regional hakimiyyət orqanları məlumat yayıb.

Onun sözlərinə görə, hökumət 242 nəfərin taleyindən hələ də xəbərsizdir.

Yaponiya hökuməti zəlzələlərdən zərər çəkənlərə 47,4 milyard yen (32,7 milyon ABŞ dolları) yardım ayıracaq.
Xatırladaq ki, bu ilin ilk günündən Yaponiyada ardıcıl zəlzələlər baş verib. Onlardan ən güclüsü ocağı yerin üst səthinə çox yaxın olan və 7,6 maqnitudalı olanıdır. Yeraltı təkanların əsas hissəsinin maqnitudası 4,5-5,7 olub.

Zəlzələlər ölkənin şimaldan cənuba doğru bütün qərb sahilləri üçün sunami xəbərdarlığına, daha sonra İsikava prefekturasında 2011-ci ildən bəri ilk dəfə böyük sunami xəbərdarlığına səbəb olub.

*** 07.00

Yaponiyanın mərkəzində baş verən zəlzələlər nəticəsində ölənlərin ümumi sayı 92 nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə regional hakimiyyət orqanları məlumat yayıb.

250-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qurbanların və xəsarət alanların əksəriyyəti zəlzələlərin mərkəzi olan İsikava prefekturasının sakinləridir.

Təbii fəlakət zonasına göndərilmiş xilasedicilər, fövqəladə hallar işçiləri və hərbçilər dağıntılar altında qalmış insanların axtarışlarını davam etdirir. Qeyd olunub ki, 179 nəfəri həyatı barədə məlumat yoxdur.

Yanvarın 1-dən bəri Yaponiyada 300-dən çox zəlzələ baş verib ki, onlardan ən güclüsü 7,6 bal təşkil edib. Ölkənin bütün qərb sahillərində sunami təhlükəsi 20 saatdan çox davam edib.

Seysmoloqlar xəbərdarlıq edib ki, bölgədə afterşoklar təxminən bir həftə davam edəcək və maqnitudası 7-dən yuxarı olan yeni güclü zəlzələlərin baş verməsi riski var