Yaponiyada yanvarın 1-dən davam edən zəlzələlər nəticəsində ölənlərin sayı 126-ya çatıb

İqtisadiyyat.az TASS-a isinadən xəbər verir ki, bu barədə Yaponiyanın regional hakimiyyət orqanları məlumat yayıb.

Məlumata görə, ən azı 516 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

*** 09.26

Yaponiyada silsilə zəlzələ nəticəsində ölənlərin sayı 110-a çatıb.

İqtisadiyyat.az TASS-a isinadən xəbər verir ki, bu barədə Yaponiyanın regional hakimiyyət orqanları məlumat yayıb.

Bundan əlavə, son məlumatlara görə, ən azı 516 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Təcili yardım xidmətləri hələ də 222 sakini tapa bilməyib. Yaponiya özünümüdafiə qüvvələrinin də cəlb olunduğu fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatı davam edir.

*** 09.00

Yaponiyanın İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 100-ə çatıb.

İqtisadiyyaty.az Yaponiya mediasına istinadən xəbər verir ki, səlahiyyətli qurumlar 211 nəfərin hələ də itkin hesab olunduğunu bildirir.

Hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Xilasetmə işlərinə fövqəladə hallar işçiləri ilə yanaşı, özünümüdafiə qüvvələrinin 5 minə yaxın hərbçisi də cəlb olunub.

Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də qeydə alınan dağıdıcı zəlzələdən əvvəl və sonra ərazidə müxtəlif maqnitudalı bir neçə yeraltı təkanın baş verdiyini bildirib. Yanvarın 6-da isə İşikava prefekturasının zəlzələ ocağına ən yaxın yaşayış bölgəsi olan Noto yarımadasında 5,4 bal gücündə afterşok qeydə alınıb. Agentlik gözlənilən yağışlarla əlaqədar sürüşmə və palçıq axını barədə xəbərdarlıq edib.