Mümkün enerji kəsimlərinin qarşısını almaq üçün Yaponiyada 4 aylıq elektrik enerjisinə qənaət dövrü başlayıb.

İqtisadiyyat.az bildirir ki, hökumət 1 dekabr-31 mart tarixləri üçün yaşayış və iş yerləri üçün əhatəli qənaət tədbirləri proqramı dərc edib.

Əhalidən daha sıx geyinmələri və evlərində qızdırıcıları daha aşağı temperaturda işlətmələri tələb olunub. Tədbirlər arasında daha qalın pərdələrdən istifadə, lampaların lazımsız yerə söndürülməsi də var.

Elektrik enerjisinin pərakəndə satış müəssisələri ilə əməkdaşlıq çərçivəsində elektrik enerjisinə qənaətini uğurla davam etdirən istehlakçılara güzəştlər ediləcək.

Qeyd edək ki, qənaət çağırışı 2015-ci ildən bəri qeydə alınan ilk milli qış enerjiyə qənaət sorğusudu.

Məhəbbət Məmmədov