Yaponiya parlamenti inflyasiyanın təsirini azaltmaq üçün 28,9 trilyon yen (208 milyard dollar) məbləğində əlavə büdcə qəbul edib.


Hökumət zəif artan qiymətlərlə mübarizəyə yönəlmiş əlavə büdcənin bir hissəsi kimi ev təsərrüfatlarına subsidiya verməyi planlaşdırır.


İqtisadiyyat.az xəbər verir ki, Nümayəndələr Palatası (Shuugiin) inflyasiya ilə mübarizəyə yönəlmiş 28,9 trilyon yen (208 milyard dollar) məbləğində əlavə büdcəni təsdiqləyib.


Elektrik enerjisi və qaz subsidiyaları ilə 2023-cü ilin yanvar-sentyabr aylarında bir ailənin orta hesabla 5000 yen (36 dollar) qənaət edəcəyi gözlənilir.


Qeyd edək ki, büdcə çərçivəsində neft tədarükçülərinə verilən subsidiya paketinin müddətinin də gələn ilə qədər uzadılması nəzərdə tutulur.