Yaponiya hökuməti istefa verib və Baş nazir Fumio Kişida bunu qəbul edib.

Bu barədə İqtisadiyyat.az "Associated Press"ə istinadən xəbər verir.

Məlumata görə, yeni kabinet yaxın saatlarda elan edilməlidir. Kabinetin 19 üzvündən 11-i dəyişdiriləcək.

Eyni zamanda, Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinə yeni rəhbərlər təyin olunacaq. Bundan əlavə, hökumətdə beş qadının olacağı gözlənilir ki, bu da Yaponiya tarixində ən böyük rəqəm olacaq.

 

Gözəl Həşimova