Həm “Real Madrid”, həm də “Barselona” “Fənərbağça”nın gənc istedadı Arda Güləri istəyirdi. Ancaq bu transfer yarışında Real Madrid qalib gəldi. "Barselona"nın prezidenti Xuan Laporta Arda Gülərin transferi onlar üçün səhv olacağını söyləyib.

İqtisadiyyat.az xəbər verir ki, "Mundo Deportivo"ya müsahibə verən Laporta Arda Gülər haqqında danışıb.

"Arda Gülər ilə anlaşdıq və onun üçün "Fənərbağça"ya 17,5 milyon avro ödəməyə hazır idik. Lakin sonra "Real Madrid" işə qarışdı və Arda üçün daha çox pul ödədilər. Təklif yarışına girməyin uyğun olmadığını düşündük. Başqa yaxşı oyunçularımız da var. Maliyyə məsələsinə görə Arda Gülərin transferindən uzaqlaşdıq. Bunun bizim tərəfimizdən səhv olacağını düşündük. Müəyyən bir xəttimiz var və bu yolda gedirik. Bu həm Ardaya, həm də "Barselona"ya gəlmək istəyən digər oyunçular da aiddir".