"Roma" klubunun portuqaliyalı baş məşqçisi Xoze Mourinyoya Səudiyyə Ərəbistanın "Əl Hilal" klubundan təklif gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda məşhur futbol insayderi Fabrizio Romano məlumat yayıb. 

Portuqaliyalı çalışdırıcı illik 30 milyon avroluq təklifi rədd edib. "Roma" klubunun layihələrinə inanan Mourinyo uzun müddət burada çalışmaq istəyir.