Xorvatiya millisinin və "Leypsiq" klubunun 21 yaşlı üzvü Josko Qvardiolu heyətinə qatmaq istəyən klubların sayı getdikcə artmaqdadır.

İqtisadiyyat.az xəbər verir ki, futbolçunu İspaniya nəhəngi "Real Madrid", İngiltərə Premyer Liqası təmsilçiləri "Çelsi" , "Mançester Siti" və "Tottenhem" klubu transfer etmək istəyir.

Qeyd edək ki, klubu ilə 2024-cü ilə qədər müqaviləsi olan xorvatiyalı futbolçunu transfer etmək istəyən klub 97 milyon avrosundan keçməli olacaq .