Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları Qurban bayramı ilə əlaqədar rayonda yaşayan Vətən müharibəsi şəhidlərinin, qazilərin və aztəminatlı ailələri ziyarət ediblər.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan İqtisadiyyat.az-a verilən məlumata görə, ziyarət zamanı şəhidlərin əziz xatirəsi yad edilib, onların qəhrəmanlıqlarından söhbət açılıb. Gətirilən bayram sovqatları ailələrə təqdim olunub və polislər bayram münasibətilə onları təbrik ediblər.

Şəhidlərimizin ailə üzvləri də göstərilən diqqət və qayğıya görə, asayiş keşikçilərinə öz minnətdarlıqlarını bildiriblər.