2021-ci ildə Azərbaycanda xaricilər bank kartları vasitəsi ilə 1 300 milyon manatlıq əməliyyat aparıblar.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir.

Sənədə əsasən, bu, 2020-ci illə müqayisədə 3 dəfə çoxdur.

Təkcə dekabr ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 171,2 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 6,2 dəfə çoxdur.