Villian daha bir mövsüm “Fulhem”də oynayacaq. “Nottingem Forest”dən və Səudiyyə Ərəbistanı klublarından təklifləri olan braziliyalı Londonda qalmaq qərarı verib.

İqtisadiyyat.az xəbər verir ki, tərəflər bütün məsələlərdə razılıq əldə edib. Təcrübəli oyunçu tibbi müayinədən keçmək üçün İngiltərə klubunun düşərgəsinə gəlib və tezliklə yeni müqavilənin bağlandığı rəsmən açıqlanmalıdır.

34 yaşlı oyunçu son mövsümü “Fulhem”də keçirib. 2007-ci ildə Avropaya gələn “Korintians” yetirməsi 6 il oynadığı “Şaxtyor”da məhşurlaşdıqdan sonra “Anji”yə yollanmışdı. Mahaçqaladakı 6 ayın ardından “Çelsi”yə keçən futbolçu 7 mövsümlük çıxışdan sonra “Arsenal”a, oradan doğma klubu “Korintians”a yollanmışdı. Ötən yay “Fulhem”ə gələn futbolçu burada ümidi doğrultduğundan yeni müqaviləyə layiq bilinib.