Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları Qurban bayramı münasibətilə Vətən müharibəsində igidlik və qəhrəmanlıq nümunəsi göstərərək şəhid olmuş hərbi qulluqçuların ailələrinə baş çəkiblər.

DİN-in mətbuat xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, polis əməkdaşları onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar. Gətirdikləri bayram sovqatını təqdim ediblər. Görüşlər zamanı şəhidlərimizin əziz xatirəsi yad edilib, onların müqəddəs amal uğrunda canlarından keçdikləri vurğulanıb.


Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.