“Ayaks”, “Mançester Yunayted” və Hollandiya Milli Komandasının əfsanəvi qapıçısı Edvin van der Sarın keçən həftə beyin qanaması keçirərək həyatı üçün təhlükə olduğu elan edilib. Xorvatiyada tətili zamanı beyninə qan sızan əfsanəvi ad helikopterlə xəstəxanaya aparılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Van der Sarın vəziyyətinin stabil olduğu bildirilib.

İqtisadiyyat.az xəbər verir ki, məşhur futbolçunun həyat yoldaşı Annemari Sarın reanimasiyada müalicəsinin davam etdiyini bildirib.

“Edvin hələ də reanimasiyadadır, lakin vəziyyəti stabildir. Həyat üçün təhlükə yoxdur. Onunla hər dəfə görüşəndə ünsiyyət qurmağı bacarır. Onun vəziyyətinin necə inkişaf edəcəyini görmək üçün səbirlə gözləməliyik".

Doqquz il “Ayaks”da oynadıqdan sonra 1999-cu ildə “Yuventus”a keçən Van der Sar, daha sonra “Fulhem” və “Mançester Yunayted”də çıxış edib.

 Karyerası ərzində 2 dəfə Çempionlar Liqasının qalibi olan əfsanəvi qapıçı hərəyə 4 dəfə Premyer Liqa və Erediviziya çempionu olub. 52 yaşlı Van der Sar 2012-ci ildə "Ayaks"ın marketinq direktoru kimi Hollandiya paytaxtına qayıdıb və dörd ildən sonra baş direktor təyin edilib.

Lakin may ayının sonunda o, uğurla yerinə yetirdiyi bu vəzifədən istefa vermişdi.