Azərbaycanda sentyabrın 1-nə təyin olunan növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlanıb.

İqtisadiyyat.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, indiyə qədər 128 müşahidəçi qeydə alınıb.

M.Pənahov qeyd edib ki, onlardan 125-i Yeni Azərbaycan Partiyasının müşahidəçiləridir, 3 nəfər isə öz təşəbbüsü ilə müşahidəçi kimi qeydiyyatdan keçib.