Rusiyanın "Utair" aviaşirkəti bu gündən etubarən Moskvadan Gəncəyə uçuşları gündəlik edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Utair"in prezidenti Oleq Semenov bildirib.

Məlumata görə, hazırda "Utair" Qroznı-Bakı, Moskva-Bakı, Samara-Bakı, Sankt-Peterburq-Bakı, Surqut-Bakı, Tümen-Bakı, Ufa-Bakı, Moskva-Gəncə, Moksva-Naxçıvan istiqamətində reyslər yerinə yetirir.