Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 108 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 9-u saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 108 918 nəfər yeni koronavirusa yoluxub, 3 539 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 7 039 918, ölənlərin isə 404 396 nəfərə çatıb.(Redaktor.az)