Dünyada koronavirusa yoluxanların sayı 7,1 milyon nəfəri ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, pandemiya ərzində ayrı-ayrı ölkələrdə ümumilikdə 408 mindən çox insan virusdan ölüb.

Qeyd edilir ki, ötən bir gün ərzində dünyada COVID-19-a 105 min 621 yeni yoluxma qeydə alınıb. Son sutkada daha 3629 pasiyent pandemiyanın qurbanı olub. Beləliklə, dünyada koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 7 milyon 145 min 539 təşkil edir. Pandemiya ərzində 408 min 025 insan koronavirusun qurbanı olub. (Redaktor.az)