Ukraynanın İspaniyanın paytaxtı Madrid şəhərindəki səfirliyində partlayış olub.

Bildirilib ki, hadisə nəticəsində 1 nəfər yaralanıb.

İspaniya mətbuatının məlumatına görə, xəsarət alan şəxs səfirliyin əməkdaşıdır. Bildirilib ki, diplomatik nümayəndəliyə  içərisində kiçik partlayıcı qurğu olan qutu göndərilib. 

Səfirliyin əməkdaşı qutunu açan zaman partlayış baş verib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Əraziyə polis əməkdaşları cəlb olunub.