Ukraynanın dövlət borcu 3 ay ərzində 3,2 milyard dollar artaraq 155,36 milyard dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın maliyyə nazirliyi məlumat yayıb.

İyulun 31-nə dövlət və zəmanətli xarici borc 112,92 milyard dollara çatıb ki, bu da ümumi məbləğin 72,69 faizini təşkil edir.

Daha əvvəl maliyyə departamenti məlumat verib ki, ilin əvvəlindən Ukrayna büdcəsindən hərbi ehtiyaclar üçün xərclər 24 milyard dollardan çox olub, təkcə iyulda büdcədən 3,9 milyard dollar istifadə edilib.

 

Gözəl Həşimova