Ukrayna 2027-ci ilə qədər 110 milyard dollar xarici yardım almalıdır.

İqtisadiyyat.az "Politico" qəzetinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının vəd etdiyi 50 milyard avro bu ehtiyacların yarısını belə ödəməyəcək: "Avropa Komissiyası Ukraynaya 2027-ci ilə qədər 50 milyard avro yardım təklif edib. Bu, ölkənin büdcə yardımı və bərpa üçün təcili dəstəyə olan ehtiyaclarının 45%-ni ödəyəcək. Buna görə də Ukrayna ABŞ-dan dəstək gözləyir".