Ukraynalı qaçqınların geri qayıtmaması ölkə iqtisadiyyatına 113 milyard dollar ziyan vuracaq.

İqtisadiyyat.az "UNİAN"a istinadən xəbər verir ki, iqtisadi artımın ildə 7% olması üçün 2032-ci ilə qədər Ukrayna 3,1 milyondan 4,5 milyona qədər işçi qüvvəsi cəlb etməlidir.

Miqrantların qaytarılması ilə bağlı effektiv dövlət siyasəti olmasa, Ukrayna iqtisadiyyatı 10 il ərzində 113 milyard dollara qədər maliyyə itirə bilər. Bu, həmçinin 45 milyard dollar vergi gəlirinin itirilməsi deməkdir. Hesablamalara görə, Avropa ölkələrində təqribən 1,42 milyon ukraynalı, miqrant işçi qüvvəsinə aiddir. Yetkin miqrantların əksəriyyəti isə 25-49 yaş arası qadınlardır.

Analitiklər qeyd ediblər ki, bu miqrantların geri qayıtması sürətli və dayanıqlı iqtisadi artımın təmin edilməsi baxımından vacibdir.