Milanda təşkil edilən qılıncoynatma üzrə dünya çempionatında maraqlı anlar qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, Ukrayna təmsilçisi Olqa Xarlan rusiyalı Anna Smirnovanı məğlub edib və onun əlini sıxmaqdan imtina edib.

İdmançı 15: 7 hesabı ilə qalib gəldiyi qarşılaşmanın əl sıxma anında rəqibinin önünə qılınc qaldırıb. Maraqlıdır ki, qaydalara görə, qılıncoynadanın rəqibə salam verməkdən imtina etməsi diskvalifikasiyaya səbəb ola bilər, çünki döyüş natamam sayılır.

Amma rusiyalı qadın hakimlərin qərarını bir saata yaxın gözləsə də, görüşdən sonra Smirnovanın etirazı rədd edilib və Xarlan növbəti mərhələyə adlayıb.