"Ukraynanın hərbi təyyarə parkının müxtəlifliyi səbəbindən Qərbdən idxal olunacaq F-16 qırıcılarını saxlamaq olduqca çətin olacaq". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının (AFU) nümayəndəsi Yuri İqnat deyib.

"Bu gün dörd növ sovet təyyarəmiz var, biz də Qərb F-16-nı əldə etmək istəyirik. Ancaq müxtəlif növ avadanlıqlara qulluq etmək çətin olacaq", - o, "Rada" telekanalına bildirib.

İqnat həmçinin hesab edir ki, Ukrayna tezliklə Qərb tipli hərbi texnikaya tamamilə keçməlidir. Aviasiyaya gəlincə, onun fikrincə, Kiyev F-16-dan başqa Qərb təyyarələrinin digər modellərini də ala bilər: "Ola bilsin ki, bir yox, iki tip təyyarəmiz Qərb tipli olacaq, xüsusən də F-16-dan başqa, İsveç Gripenindən də söz edə bilərik", - o əlavə edib.