UEFA Avropa Konfrans Liqasında mübarizə aparan "CFR Kluj" klubu Yevhen Konoplyankanı heyətinə cəlb edib.

İqtisadiyyat.az xəbər verir ki, Rumıniya komandasının verdiyi açıqlamada azad agent olan ukraynalı Yevgen Konoplyanka ilə 1 illik müqavilə imzalandığı bildirilib.

 Artıq siyahılar verildiyi üçün 33 yaşlı futbolçu "Adana Dəmirspor"a qarşı oynaya bilməyəcək.

 Konoplyanka son olaraq Polşanın "Krakoviya" komandasında çıxış edib və 28 oyunda 4 qol və 2 məhsuldar ötürmə edib.