“Yaxın aylarda Ukraynada münaqişə daha da gərginləşəcək. Bu, daha çox ölüm, dağıntı və dərin uzunmüddətli böhran deməkdir.”

Bunu Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın Twitter-də yazıb.

Kalın eyni zamanda vurğulayıb ki, Ankara atəşkəsdən tutmuş əsir mübadiləsinə, taxıl tədarükündən nüvə təhlükəsizliyinə qədər Moskva və Kiyev arasında danışıqların yenidən başlaması üçün səylərini davam etdirəcək .

Qeyd edək ki, yanvarın 5-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub . Türkiyə lideri növbəti dəfə Zelenskiyə vəziyyətin həllində vasitəçilik təklif edib.