Ukraynada ötən sutkada rekord sayda – 2 134 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, eyni dövr ərzində 40 nəfər pandemiyanın qurbanı olub. Bu da həmçinin qeydə alınan sutkalıq ən yüksək ölüm göstəricisidir.

Məlumata görə, ümumilikdə ölkədə 98 537 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 50 441 nəfər sağalsa da, 2 194 nəfər virusdan ölüb.report