Ukraynada daha 2 106 nəfərdə COVID-19 aşkarlanıb.

Bu barədə ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurası məlumat yayıb.

Məlumata görə, eyni dövr ərzində ölkədə 23 nəfər koronavirusdan ölüb, 637 nəfər sağalıb. 

Beləliklə, Şərqi Avropa ölkəsində indiyədək 100 643 nəfərə koronavirus diaqnozu qoyulub. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 207 nəfər ölüb, 51 078 nəfər sağalıb.report