Ukraynada son sutkada 2 438 nəfərə COVID-19 diaqnozu qoyulub. Bu, gündəlik qeydə alınan rekord artımdır.

Bunu Milli Təhlükəsizlik və Müdafiə Şurası açıqlyıb.

Məlumata görə, eyni dövr ərzində ölkədə 48 nəfər pandemiyanın qurbanı olub, 866 nəfər isə virusdan sağalıb. 

Beləliklə, Şərqi Avropa ölkəsində indiyədək 114 497 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 55 083 nəfər sağalsa da, 2 451nəfər vəfat edib. 

Qeyd edək ki, Ukrayna postsovet məkanında Rusiyadan sonra koronavirusun ən geniş yayılmış ölkəsidir. Report