Ukrayna hökuməti Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə ölkənin enerji şirkətləri üçün bu il 600 milyon avro məbləğində maliyyələşdirməni nəzərdə tutan bir sıra memorandumlar imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın bərpasına dair beynəlxalq konfransda iştirak etmək üçün Londonda səfərdə olan Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

Onun sözlərinə görə, saziş təbii qazın strateji ehtiyatlarının formalaşdırılmasını, karbon emissiyalarının azaldılmasına və enerji səmərəliliyinin artırılmasına investisiyaların qoyulmasını nəzərdə tutur. AYİB həmçinin Ukraynaya su elektrik stansiyalarının bərpasına, onların etibarlılığının və səmərəliliyinin gücləndirilməsində yardım göstərəcək.