Ukrayna beynəlxalq tərəfdaşınlardan 1 milyard 500 milyon avrodan çox hərbi yardım alacaq.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Oleksiy Reznikov sosial media hesabından məlumat yayıb.

Reznikov verdiyi açıqlamada NATO-nun Vilnüs sammiti çərçivəsində Ukraynaya açıqlanan yardım paketlərini dəyərləndirib. O bildirib ki, hazırda Ukrayna üçün ən azı 7 yardım paketi mövcuddur.

 

Gözəl Həşimova